Dünya şöhrətli aktrisa Monika Belluççi “Ciak Magazine” jurnalının təşkil etdiyi əyləncə gecəsinə qatılıb.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, 49 yaşlı aktrisa sadə və zərif libası ilə diqqət çəkib.
O, mərasim üçün “Dolce&Gabbana” brendinə məxsus qara libas seçib. Ulduz obrazını hündürdaban ayaqqabı və o rəngli çanta ilə tamamlayıb. Tədbirdə kinematoqrafiya sahəsindəki xidmətlərinə görə Monikaya mükafat da verilib.
Qeyd edək ki, sözügedən mükafatlandırma mərasimi 1986-cı ildən keçirilir.