Axşam.az-ın məlumatına görə, gecədə Şərq rəqsləri nümayiş ediləcək.
Aparıcı Zemfira Adıgözəlovanın təşkilatçılığı ilə keçiriləcək “Şərq şou”sunun qonağı urkaynalı rəqqasə Alla Kuşnirdir.
Z.Adıgözəlova gecənin “Jumeirah Bilgah Beach Hotel”də baş tutacağını deyib:
“Mərasim otelin 2 yaşına həsr olunub və ancaq rəqslərdən ibarətdir. Gecəni “Rövşən” ritm qrupu açacaq, “İmperia” şou balet qrupu və Alla Kuşnir ən gözəl rəqsləri ilə qonaqları əyləndirəcək”.
Qeyd edək ki, “Şərq şou”su artıq iki ildir ki, keçirilir.
Alla Kuşnir bir neçə dəfə şəhərimizin qonağı olub. Rəqqasənin ötən il azərbaycanlı iş adamının övladının toyundakı rəqsi böyük səs-küy doğurmuşdu.