Tolikin ad günüdür - fotolar

Tolikin ad günüdür -  fotolar
2256 dəfə oxunub
  • A-
  • A
  • A+
Bu gün Tolik ləqəbi ilə tanınan prodüser Tarix Əliyevin ad günüdür.

35 yaşını qeyd edən prodüser təəssüratlarını Axşam.az-ın əməkdaşı ilə bölüşüb:

“Ad günümü Qəbələdə yaxınlarımla, ailəmlə qeyd edirəm. Ayın 8-də isə Bakıda, böyük məkanlardan birində möhtəşəm gecə təşkil edib, bütün dostlarımı  çağıracam. Dostum Təhminə xanım məkana fərqli dizayn verəcək. Qonaqlarıma maraqlı əyləncələr hazırlamışam. Builki yaşımı həmişəkindən maraqlı keçirəcəm”.

Onu ilk təbrik edənlərdən danışan Tolik “ən birinci özüm anama zəng etdim. Sonra Afaq Gəncəlidən, Nərgiz Vahabqızından, Elnur Həsənovdan təbriklər aldım. İlk növbədə Allahımdan mənə və valideynlərimə can sağlığı bəxş etməsini istəyirəm. Dostlarım da hədiyyələr gətirəcək. Mən realist insanam, çoxlu pul istəyirəm”.

Qeyd edək ki, Tolik hazırda müğənni Sevda Yahyayeva və Elton Hüseynəliyevin prodüseridir. O, bu günə kimi xalq artisti Aygün Kazımova, müğənni Röya kimi məşhurlarla çalışıb.