“Azərbaycanın səsi”nin ilk canlı yayımı baş tutdu- fotolar
Şou
11:24 / 06.06.14
2442dəfə oxunub
A-
A
A+
ATV telekanalının yeni layihələrindən olan “Azərbaycanın səsi” yarışmasının ilk canlı efiri baş tutub.
Axşam.az-ın məlumatına görə, gecədə maraqlı anlar yaşanıb. Tələbələr müəllimlərindən müsbət rəy almaq üçün mahnılar səsləndiriblər. Münsif kürsüsündə əyləşən əməkdar artist Elza Seyidcahan, müğənni Elnarə Xəlilova, Nadir Qafarzadə və meyxanaçı Namiq Qaraçuxurlu tələbələrinə təriflər və tənqidlər deyiblər.
Gecədə Elza Seyidcahanla Nadir Qafarzadə arasında qalmaqal yaşanıb. N.Qafarzadənin, onun tələbəsinin geyimini bəyənməyən Elzaya sərt reaksiya verib:
“O, kasıb uşaqdır. Bir kostyumu var, geyinib gəlib. Gələn efirdə mən onu necə geyindirəcəm ,görəcəksiniz. Bəsdi, insanlara lağ etdiniz. Onun istedadına baxın, geyiminə yox” .
“Azərbaycanın səsi” şousu aparıcı Günay Firudinqızının təqdimatı ilə efirə çıxıb.