Əməkdar artist Elza Seyidcahanın əməliyyat keçirdiyi, xəstəxanada olduğu ilə bağlı xəbər vermişdik.
Axşam.az-ın məlumatına görə, mayın 28-də əməliyyat olunan müğənni ötən gün evə buraxılıb. Əməkdar artist xəstəxanadan çıxdığı günün axşamı canlı efirdə olub. Belə ki, Elza Seyidcahan ATV telekanalında yayımlanan “Azərbaycanın səsi” yarışmasının münsiflər kürsüsündə - müğənni Natavan Həbibinin yerində oturub.
Qeyd edək ki, E.Seyidcahan qadın xəstəliyindən əziyyət çəkdiyini və səhhətinin ağırlaşdığını bildirmişdi.