Baba Vəziroğlunun İsmayıllıda yubileyi keçirildi - fotolar

Baba Vəziroğlunun İsmayıllıda yubileyi keçirildi - fotolar
948 dəfə oxunub
  • A-
  • A
  • A+
Əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlunun 60 illik yubileyi qeyd edilib.

Axşam.az-ın məlumatına görə, tədbir şairin doğulub-böyüdüyü İsmayıllı rayonunda keçirilib.

Saleh Bağırovun aparıcılıq etdiyi mərasimdə çıxış edən yubilyar təəssüratlarını bölüşüb:

“Bilmirəm, 60 yaş haradan gəlib?!  Bunun 58 ilini  danışıram, yazıram, düşünürəm. Bu gün isə sizləri dinləmək istəyirəm. Adətən belə günlərdə insana təriflər edirlər. Lakin mən sizin tənqidlərinizi də eşitmək istəyirəm. Əgər deyər verən olmasa, heç nəyin qiyməti yoxdur. Dəyər verdiyiniz üçün çox sağ olun”.

Şair mərasimə “Məndən bir də olmayacaq” şeiri ilə başlayıb.

Yubiley tədbirində xalq artistləri Mübariz Tağıyev, Faiq Ağayev, müğənnilər Lətifə Soyuöz,  Elnur  B.Vəziroğlunun sözlərinə bəstələnən mahnıları ifa ediblər. Rejissor, aktyor  Şeyx Əbdül Mahmudbəyov, “Qızıl Aypara və Qızıl Xaç Komitəsi”nin prezidenti, bəstəkar Novruz Aslan şair haqqında düşüncələrini bölüşüblər. 

Tədbirdə iştirak edən müğənni Yaşar Cəlilov B.Vəziroğlunun sözlərinə Kamalın bəstələdiyi yeni “Ulduzlu gecə” mahnısını  ifa edib. Bu həm də kompozisiyanın televiziyada ilk səslənişi olub.

“Bu gün yeni bir mahnımızı da eşidəcəksiniz. Mahnı “Ulduzlu gecə” adlanır. Sözləri bəndənizə, musiqisi Kamal müəllimə məxsusdur. Bu mahnını gənc və istedadlı müğənniyə həvale etdik. Yaşar Cəlilovun ifasında “Ulduzlu gecə”ni dinləyin” - deyə yubilyar bildirib.