Rusiyalı müğənni Yelena Vaenqa sentyabrın 28-də Bakıda Heydər Əliyev Sarayında konsert verəcək.
Axşam.az xəbər verir ki, sənətçinin pərəstişkarları biletləri şəhərin kassalarından əldə edə bilərlər. Biletlərin qiyməti 30-270 manat arasıdır.
Qeyd edək ki, “Aeroport”, “Şopen”, “Qar”, “Ad günü”, “İki qanad”, “Danış”, “Mavi rənglər” kimi mahnılarla tanınan Yelena Vaenqa müğənni olmaqla yanaşı həm də şairə, bəstəkar, pianoçu və aktrisadır.