Dünən özünə təmtəraqlı ad günü keçirən prodüser Tolikə pul, çiçək, ətirlə yanaşı, dəyərli zinət əşyaları da bağışlayıblar.
Axşam.az-ın məlumatına görə, prodüser qızıl hədiyyələrinin fotosunu İnstaqram səhifəsində paylaşıb.
O, hədiyyələrindən brilyant qaşlı üzüyü ona xalq artisti Aygün Kazımovanın bağışladığını bildirib. Fotodakı digər üzüyü isə prodüserə müğənni Ayan Babakişiyeva hədiyyə edib. Sevil və Sevinc bacıları da Tolikə qızıl “brilok” bağışlayıb.