Əməkdar artist tanınmış brendin siması oldu - fotolar
Xəbər
13:22 / 10.06.14
2017dəfə oxunub
A-
A
A+
Əməkdar artist Elza Seyidcahan tanınmış eynək brendlərinin siması olub.
Axşam.az-ın məlumatına görə, onunla birlikdə klipmeyker Zöhrab Ağayev də sima seçilib. Beş brendin siması seçilən məşhurlar fotokamera qarşısına keçərək şəkillər də çəkdirib. Elza və Zorik eyni zamanda eynək mağazasının sabahkı açılışında da iştirak edəcək. Mərasimdə E.Seyidcahana və Zorikə xaricdən eksklüziv olaraq gətirilən eynək bağışlanacaq. Tanınmış brendə aid eynəkdən Azərbaycana cəmi iki ədəd gətiriləcək. Həmin eynəyin şüşələrinin üzərində isə Azərbaycan bayrağının rəngləri əks olunacaq.