Dünyanın ən zəngin varislərindən olan Paris Hilton eyni zamanda şou dünyasının ən çox qazanan məşhurlarındandır.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, Paris, gəlirinin böyük bir qismini lüks avtomobillərə xərcləyir. Bundan başqa onun bir xasiyyəti də var: P.Hilton həmişə avtomobillərinin rənginə uyğun geyimlər geyinir.
Sonuncu dəfə Kaliforniyada “Studio City”də görülən Hilton başdan-ayağa ağ rəngə bürünüb. Həmin gün o, 375 min dollar dəyəri olan Lexus LFA-nın sükanı arxasında imiş.