"Yeni sədalar”dan fotolar

"Yeni sədalar”dan fotolar
1178 dəfə oxunub
  • A-
  • A
  • A+
“İctimai” telekanalda efirə çıxan “Yeni sədalar” verilişinin növbəti buraxılışı xoş söhbətlərlə yadda qalıb.

Axşam.az-ın məlumatına görə, efirdə bu dəfə əməkdar artist Səlim Abbasov və müğənni Yaşar Yusub qonaq olub. Təzə mahnılarını səsləndirən sənətçilər, maraqlı açıqlamalar da veriblər. Aparıcı Kamran Quliyevin suallarını cavablandıran Y.Yusub yaxın günlərdə pərəstişkarlarını sevindirəcəyini bildirib:

“Daim öz üzərimdə çalışıram. Yeni klipimi təqdim etmişəm. Amma yeniliklər bununla bitmir”.

Hər dəfə olduğu kimi yenə də tamaşaçılar “Rumba fiesta” qrupunun solistləri Orxan, Məsut və Elşənin ifasında canlı musiqi dinləyiblər.

Qeyd edək ki, "Yeni sədalar" verilişi hər həftənin çərşənbə axşamı saat 13:45-də, cümə axşamı isə 15:15-də canlı yayımlanır.