Məşhur aktrisa Sara Cessika Parker xeyriyyə tədbirlərindən birinə qatılıb.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, gecəyə bir çox xeyriyyəçi məşhurlar gəlib.
Onlar arasında Förci, Coş Dyuamel, Zakari Kuinto, Karolina Kurkova, Mett Bomer və başqaları olub. Amma gecəyə damğası vuran Sara Cessika Parkerin əllərinin görünüşü olub. 49 yaşlı aktrisanın əllərindəki qırışlar və damarlarının çıxması qərb mətbuatının gündəmini alt-üst edib. Hər zaman gözəlliyi ilə diqqət mərkəzində olan aktrisanın bu görünüşü hər kəsi təəssüfləndirib.