Ukraynalı rəqqasə: "Plovunuzdan yeməyi səbirsizliklə gözləyirəm" - video

Ukraynalı rəqqasə: "Plovunuzdan yeməyi səbirsizliklə gözləyirəm" - video
2621 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu gün ukraynalı rəqqasə Alla Kuşnirin ad günüdür.

Axşam.az-ın məlumatına görə, onu təbrik edənlər arasında aparıcı Zemfira Adıgözəlova da yer alıb.

Rəqqasə aparıcının bu jestinə cavabsız qalmayıb. O, Azərbaycana salamlarını göndərərək, teziklə Bakıya gələcəyini bildirib:

“Təbriklərə görə Azərbaycana, Zemfiraya təşəkkür edirəm. Zemfira tezliklə Bakıda mənim iştirakımla konsert təşkil edəcək. Bir çox sürprizlər hazırlayıram. Qavalla milli Azərbaycan rəqsi təqdim edəcəyəm. Oraya gəlib sizin plovunuzdan və sevimli zeytunumdan yeməyi səbirsizliklə gözləyirəm”.


Xatırladaq ki, Alla Kuşnirin Bakı konserti bu aya planlaşdırılıb. “Şərq şousu” adlanacaq gecədə “Rövşən” ritm və “İmperia” şou balet qrupu da çıxış edəcək. Mərasim “Jumeirah Bilgah Beach Hotel”də baş tutacaq.
Qeyd edək ki, “Şərq şou”su artıq iki ildir ki, keçirilir. Alla Kuşnir bir neçə dəfə şəhərimizin qonağı olub. Rəqqasənin ötən il azərbaycanlı iş adamının övladının toyundakı rəqsi böyük səs-küy doğurmuşdu.