Samirənin ad günündən fotolar

Samirənin ad günündən fotolar
6093 dəfə oxunub
  • A-
  • A
  • A+

ATV-nin aparıcısı Samirə Mustafayeva ad gününü təmtəraqlı şəkildə qeyd edib.

Axşam.az-ın məlumatına görə, aparıcının dəniz kənarında baş tutan gecəsinə tanınmış simalar da qatılıb.

Millət vəkili Qənirə Paşayeva, xalq artisti Firəngiz Mutəllimova, aparıcı Mətanət Əliverdiyeva, Zaur və Günay Baxşəliyev cütlüyü, müğənni Günay İbrahimli və başqalarının qatıldığı gecə maraqlı anlarla yadda qalıb. 

Samirə Mustafayevanın 30 yaşı tamam olub.

Qeyd edək ki, Samirə ATV-də “Xəbərlər” departamentinin redaktoru və aparıcı Vaqif Aydınoğlu ilə ailəlidir. Cütlüyün Nuray adlı bir qızı var.