Bəstəkar filmə çəkildi - fotolar

Bəstəkar filmə çəkildi -  fotolar
1706 dəfə oxunub
  • A-
  • A
  • A+
Bəstəkar Sevinc Tofiqqızı “Azeri production”ın çəkdiyi "Yetim" filmində rol alıb.

Axşam.az-ın məlumatına görə, film yaxın günlərdə kinofestivala gedəcək.

S.Tofiqqızı film haqqında bunları deyib:

“Bu ekran işi festivala da göndəriləcək. Bu barədə çox acıqlama vermirəm, surpriz olsun. Film analara həsr olunub. Balaca bir qızın anasını itirməsindən bəhs edir. Cəbhə bölgəsində, Tərtər rayonunda çəkilib. İnaniram ki, “Yetim” filmi çox maraqlı və uğurlu alınacaq”.

Sevinc Tofiqqızı rejissor Rəsad Qarayevdən film üçün həm kompozisiya yazmaq, həm də ana roluna çəkilmək təklifi alıb və hər ikisini qəbul edib.

”Yetim" filminin rejissoru Rəşad Qarayev, montajçısı Firdovsi A Nəbiyev, ssenari müəllifi Nahid Abbaszadə, quruluşcu operatoru Emin Hüseynovdur.

Digər rollarda  aktyor Mehman Məmmədov, əməkdar artist Leyli Vəliyeva, Nərmin İmanquliyeva çəkilib.