Bu gün doğum gününü qeyd edən dünya şöhrətli model Adriana Lima illər ötsə də, yenə də əvvəlki görünüşünü qoruyub saxlaya bilir.
Axşam.az xəbər verir ki, 33 yaşlı aktrisa ən dəbdəbəli tədbirlərdə diqqət mərkəzində olmaqla yanaşı, üz qabığını bəzədiyi jurnallara da milyonlar qazandırır və milyonlar qazanır.
Hər zaman dəblə ayaqlaşmağı bacaran “Viktoriya Sekret” alt geyimləri brendinin əsas modellərindən olan Adriananın 10 il əvvəl, yəni 2004-cü ildən bu günə qədər çəkilmiş ən maraqlı fotolarını təqdim edirik. Üstündən 10 il keçməsinə baxmayaraq, doğum gününü qeyd edən modelin görünüşünü dəyişmədiyi də diqqət çəkir.