Nisə Qasımova Füzulidə - fotolar

Nisə Qasımova Füzulidə -  fotolar
1218 dəfə oxunub
  • A-
  • A
  • A+
Xalq artisti Nisə Qasımovanın Qarabağ bölgəsinə səfəri davam edir.

Axşam.az-ın məlumatına görə,  növbəti konsert ötən gün Füzuli rayonunun Horadiz şəhərində yerləşən Muğam Mərkəzinin yay zalında baş tutub. İfaçının öz təşəbbüsü və Müdafiə Nazirliyinin xəttilə həyata keçirilən tədbir, Milli Qurtuluş gününə həsr edilib. Mərasimdən öncə Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış edərək hər kəsi bayram münasibətilə təbrik edib. İcra başçısı çıxışının sonunda Nisə Qasımovaya xüsusi təşəkkürünü bildirib və müğənninin Qarabağ bölgəsində konsert vermək təşəbbüsünü alqışlayıb. Xalq artisti bunu müğənni  olaraq özünə borc bildiyini deyib.

Gecədə ulu öndər Heydər Əliyevin siyasətinin layiqli davamçısı, möhtərəm prezident İlham Əliyev cənablarının, eləcə də Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın ölkəmizə, xüsusilə, mədəniyyət və incəsənət sahəsinə olan xüsusi diqqətləri və inkişaf üçün gördükləri işlər vurğulanıb. N. Qasımova "Biz hamımız İlham Əliyev cənablarının səsinə hər zaman səs verib, onun Azərbaycanımız üçün gördüyü işləri dəstəkləməliyik" söyləyib.

Sonra müğənni hər kəsi bayram münasibətilə təbrik edərək repertuarında yer alan mahnıları səsləndirib. Konsert zamanı N. Qasımovanı İsmayıl Əlizadənin rəhbərlik etdiyi "Kainat" instrumental ansamblı müşayiət edib.

Xatırladaq ki, hazırda Ağdam rayonunun Quzanlı kəndində olan xalq artisti sabah orada yerləşən N saylı hərbi hissədə növbəti konsert proqramı ilə çıxış edəcək.