Rəqqasə Fatimə əsgərlərə konsert verdi - fotolar

Rəqqasə Fatimə əsgərlərə konsert verdi - fotolar
908 dəfə oxunub
  • A-
  • A
  • A+
Rəqqasə Fatimə Fətəliyeva “Qurtuluş günü” münasibəti ilə Daxili Qoşunların “N” saylı hərbi hissəsində konsert proqramı ilə çıxış edib.

Axşam.az-ın məlumatına görə, sənətçi illərdir, Daxili Qoşunların rəqs ansamblının solisti olduğunu bildirib:
 
“Artıq bir neçə ildir ki, Daxili Qoşunların rəqs ansamblının solistiyəm. Hər zaman Azərbaycanın bölgələrində Daxili Qoşunların təşkil olunan konsertlərində sevə-sevə iştirak edirəm. Məhz həmin konsertlərdən biri də “Qurtuluş günü” münasibətilə təşkil olundu. Həmkarım Etibar Məmmədovla birgə gözəl rəqs nümunələrini təqdim etdik. Çıxışımız alqışlarla qarşılandı. Əsgərlər qarşısında konsert vermək mənim üçün qürurlu bir işdir. Azərbaycanın digər bölgələrində də əsgərlərimizə konsert verəcəyik. Sonda onu da əlavə etmək istəyirəm ki, hər zaman bir rəqqasə və adi bir vətəndaş kimi vətənim Azərbaycan üçün əlimdən gələni etməyə hazıram”.

Qeyd edək ki, konsert zamanı əməkdar artist Səlim Abbasov, müğənni Aslan Hüseynov və digər ifaçılar da çıxış ediblər.