Lara Fabian Bakıya gəlir

Lara Fabian Bakıya gəlir
2101 dəfə oxunub
  • A-
  • A
  • A+
Tanınmış belçikalı müğənni Lara Fabian noyabrın 23-də Bakıda konsert proqramı ilə çıxış edəcək.

Axşam.az-ın məlumatına görə, ifaçının solo konserti Heydər Əliyev Sarayında baş tutacaq.

Dünyanın ən güclü səslərindən biri hesab olunan Fabian öz dinləyiciləri üçün Bakıya növbəti səfəri çərçivəsində hit mahnılarını oxuyacaq.

Saat 20:00-da başlayacaq konsertə biletlərin qiymətləri 40-280 manat arasındadır. Biletlər şəhərin kassalarında satılır.