Rəqqasə Fatimə Fətəliyeva Tər-tər rayonunda yerləşən Milli Ordunun “N” saylı hərbi hissəsində konsert verib.
Bu haqda Axşam.az-a açıqlama verən sənətçi ermənilərlə sərhəd hərbi hissədə əsgərlər qarşısında çıxış etməyin onun üçün çox qürurverici olduğunu bildirb:
“Artıq bir neçə saat olar ki, konsertə start vermişik. Konsertdə mənim öz çıxışımdan savayı, tələbələrimin də rəqsləri oldu. Tər-tərə gəlmək, əsgərlərin qarşında çıxış etmək bu mənim üçün çox xoşdur. Hər bir Azərbaycan vətəndaşı kimi mənə qürur verir. Daxili Qoşunlarda sayca verdiyim neçənci konsert olduğunu bilmirəm. Çünki əsgərlərin qarşısında çıxış etməyi hər zaman özümə borc bilmişəm. Onlar hər gün ermənilərlə üz-üzə qalırlar. Vətənimizin keşiyində dururlar. Allah əsgərlərimizi qorusun”.
Qeyd edək ki, konsert Milli Ordunun və Səbayıl rayonu icra hakimiyyətinin təşkilatçılığı ilə keçirilib.