Prodüser burnunu plastik əməliyyat etdirdi - fotolar
Xəbər
15:00 / 20.06.14
7025dəfə oxunub
A-
A
A+
Prodüser Təranə Səmədova plastik əməliyyat olunub.
Axşam.az-ın məlumatına görə, “İstanbul Estetik Klinika”sında baş tutan əməliyyatda T.Səmədova rinoplastika və liposaksiya etdirib. Prosedur plastik cərrah Abduləli Əliyev tərəfindən aparılıb.
Əməliyyatdan əvvəl əməkdaşımıza açıqlama verən Təranə qorxmadığını bildirib:
“Həkim yaxşıdırsa, pasient heç vaxt narahat olmur. Mən də qorxmuram. Burnumda düzəliş ediləcək. Eyni zamanda da çanaq hissələrimdən yağlar götürüləcək. Hər bir insan kimi məndə də əməliyyatöncəsi həyəcan var. Amma gözəl nəticəni düşünəndə sevinirəm”.