“Azərbaycanın səsi”ndə nələr oldu? - fotolar

“Azərbaycanın səsi”ndə nələr oldu? -  fotolar
2307 dəfə oxunub
  • A-
  • A
  • A+

ATV telekanalında Günay Firudinqızının aparıcılığı ilə yayımlanan “Azərbaycanın səsi” yarışmasının növbəti buraxılışı maraqlı anlarla yadda qalıb.

Axşam.az-ın məlumatına görə, münsif kürsüsündə əyləşən müğənni Nadir Qafarzadə canlı yayıma verilişin sonlarına yaxın qatılıb. Sənətçi bunu məclisdə olması ilə əlaqələndirib.

Əməkdar artist Elza Seyidcahan isə verilişdə ağlayıb. Müğənni sona qalan iki tələbəsindən birini yarışmadan kənarlaşdırarkən göz yaşlarını saxlaya bilməyib. O, müsabiqədən ayrılmasına baxmayaraq, Bəhruz adlı tələbəsinə dəstək olacağını bildirib.

Qeyd edək ki, “Azərbaycanın səsi” yarışması həftənin cümə axşamı saat 21:30-da ATV-də yayımlanır. Verilişin münsif kürsüsündə sənətçilər Elza Seyidcahan, Elnarə Xəlilova, Namiq Qaraçuxurlu və Nadir Qafarzadə əyləşib.

Foto: Rəşad ABBASOV