Axşam.az-ın məlumatına görə, sənətçinin səfərinin məqsədi orada baş tutan konsertdə çıxış etmək olub. Orxan konsertdən sonra bir neçə gün Ağsuda qalıb istirahət edəcəyini deyib. İfaçı Azərbaycanın bölgələrini gəzməyi çox sevdiyini bildirib:
“Xaricə tez-tez gedirəm. Çox ölkə gəzmişəm. Amma eyni zamanda da, öz Vətənimdə dincəlməyi xoşlayıram. Bölgələrimizdə bunun üçün gözəl imkanlar yaradılıb. Bu yay bir çox rayona yollanıb, istirahət edəcəm”.