“İctimai” telekanalda yayımlanan "Yeni sədalar” verilişinin növbəti buraxılışı maraqlı söhbətlərlə yadda qalıb.
Axşam.az-ın məlumatına görə, verilişin musiqiçi qonağı xalq artisti Samir Cəfərov olub. Musiqidən bəhs edən opera ifaçısı aparıcı Kamran Quliyevin suallarını da cavablandırıb. S.Cəfərov yeni planlarından, qazandığı nailiyyətlərdən danışıb. Hər dəfə olduğu kimi, yenə də tamaşaçılar “Rumba fiesta” qrupunun solistləri Orxan, Məsut və Elşənin ifasında canlı musiqi dinləyiblər.
Qeyd edək ki, "Yeni sədalar" verilişi hər həftənin çərşənbə axşamı saat 13:45-də, cümə axşamı isə 15:15-də canlı yayımlanır.