Tural Bayraməliyevin yeni mahnılarına xaricdə klip çəkiləcək

Tural Bayraməliyevin yeni mahnılarına xaricdə klip çəkiləcək
1306 dəfə oxunub
  • A-
  • A
  • A+
Bəstəkar Tural Bayraməliyev iki yeni mahnı yazıb.

Axşam.az-ın məlumatına görə, onun "Səndən sonra" və "Tənha yaşa" mahnılarını xalq artisti Brilliant Dadaşova, müğənni Yaşar Yusub oxuyacaq. Bəstəkar mahnılarının Türkiyədə aranjiman olunduğunu bildirib:

"Yaşarın oxuduğu "Tənha yaşa" bəstəsi bu gündən radio dalğalarında səsləndiriləcək. Brilliant xanımın "Səndən sonra" mahnısı isə Londonda hazırlanır. Hər iki mahnıya xaricdə klip çəkiləcək. Brilliant xanımın mahnısını avropalı rejissor ekranlaşdıracaq. Yaşarın səsləndirdiyi mahnını isə rejissor Nail Naiboğlu Gürcüstanda lentə alacaq".

Qeyd edək ki, bu günə kimi Tural Bayraməliyevin bəstələdiyi mahnıları xalq artisti Aygün Kazımova, əməkdar artist Abbas Bağırov, müğənni Nadir Qafarzadə, Samir Piriyev ifa edib.

Bəstəkar "Zirvədəkilər 2014" mükafatını qazanıb. Bu mükafat ona Nadir Qafarzadənin səsləndirdiyi "Xainsən" mahnısına görə verilib.