Axşam.az-ın məlumatına görə, aparıcıya yaxınları - rejissor Aynurə Səmədova və həmkarı Azər Süleymanov saat 00:00-ı keçən kimi sürpriz edib. Onlar Zaurun yaşadığı evin həyətini bəzəyib, aparıcıya xoş anlar yaşadıblar. Sürprizlərdən biri də müğənni Xatirə İslamın Zaur üçün hazırlatdığı "Z" hərfi şəklində tort olub.
Ad günü təbriklərinə sevinən Zaur "Nə yaxşı ki, belə dostlarım var. Bu günümə görə atama və anama minnətdaram" deyə bildirib.