Dünən müğənni-bəstəkar Emin və dünya şöhrətli musiqiçi Qreyq Devid Bakıda konsert verib.
Axşam.az-ın məlumatına görə, səhnəyə ilk olaraq Qreyq Devid çıxıb. Sevilən mahnılarını səsləndirən müğənni az keçmədən səhnəni Eminə təhvil verib. Gecə yarısına kimi davam edən konsertdə daha sonra dicey Shock mahnılarını təqdim edib.
Əyləncəli anların yaşandığı gecədən məmnun qalan Qreyq İnstaqram səhifəsində "Gözəl gecəyə görə çox sağ ol Bakı. Bura yenidən gəlib və şou göstərməyi səbirsizliklə gözləyəcəm. Bu möhtəşəm gecəyə görə Eminə və "Sea Breeze"ə minnətdaram" sözlərini yazıb.
Qeyd edək ki, konsert "Sea Breeze" istirahət mərkəzinin yay mövsümünü açıq elan etməsi ilə bağlı keçirilib.