“Hürriyət” oxucularının rəyi nəticəsində seçilən “Türkiyənin ən yaxşıları” bəlli olub və “Altın kələbək” mükafatına layiq görülüb. Axşam.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, mükafatlandırma gecəsinin xüsusi qonağı Hollivud ulduzu Cessika Alba olub.
41-ci “Altın kələbək” mükafatının qalibləri:
“Ən yaxşı qadın aktrisa” – Serenay Sarıkaya
“Ən yaxşı kişi aktyor” – Halit Ərgənç
“Ən yaxşı qadın aparıcı” – Esra Erol
“Ən yaxşı kişi aparıcı” – İlkər Aylıq
“Ən yaxşı dramatik ekran işi” – “Kiçik ağa”
“Ən yaxşı uşaq aktyoru” – Emir Bərkə Zincidi
“Ən yaxşı yumoristik serial” – “Dostum, xoş gəldin”
“Ən yaxşı qadın yumor aktrisası” – Binnur Qaya
“Ən yaxşı kişi yumor aktyoru” – Tolqa Çevik
"Ən yaxşı musiqi qrupu” – “Duman”
“Ən yaxşı serial musiqisi” – Toyqar İşıqlı
“Ən yaxşı serial rejissoru” – Altan Dönməz
“Ən yaxşı türk-pop kişi ifaçısı” – Murad Boz
“Ən yaxşı türk-pop qadın ifaçısı” – Gülşən
“İlin mahnısı” – “Yatcaz, kalkcaz”
“Ən yaxşı solist” – İrəm Dərici, Mabel Matiz, Oğuzxan Qoç
“Ən yaxşı kişi xəbər aparıcısı” – İrfan Dəyirmənci
“Ən yaxşı yarışma proqramı” – “Böyük risk”
“Ən yaxşı klassik musiqi qadın ifaçısı” – Sibel Can
“Ən yaxşı idman verilişi” – “Maraton”
“Türk xalq musiqisinin xüsusi mükafatı” – Zara-Kubat
“Ən yaxşı klip” – Yalın , “Yenidən”
“Ən yaxşı ssenari müəllifi” – Əyləm Canpolad, Səma Ərgənəkon (“Karadayı”)
“Ən yaxşı maqazin verilişi” – “Söyləməzsəm, olmaz”
“Ən yaxşı mədəniyyət verilişi” – “Afişa”