Bu gün müğənni-bəstəkar Nazim Məmmədovun qızının ad günüdür.
Axşam.az-ın məlumatına görə, sənətçinin övladı Fatimənin 1 yaşı tamam olur. Təəssüratlarını əməkdaşımızla bölüşən ifaçı qızı üçün hazırladığı sürprizlərdən danışıb:
“Əslində qızımın ad günü iyunun 30-dadır. Ramazan bayramına görə mərasimi bu gün keçirirəm. Musiqiçi dostum Vüsal Qarayev mənə yad olan bir janrda mahnı yazıb. Bəstəni oxudum, klip çəkdik, gecə səhərə kimi montaj etmişik. Bugünkü məclisdə həmin mahnım təqdim ediləcək. Bununla yanaşı yaxın dostum, müğənni Abbas Bağırov toyumda məzəli video-çarx hazırlamışdı. Dediyinə görə, onun davamını hazırlayıb. Həmin sürprizi də gözləyirəm”.