Türkiyəli aktrisa Dəniz Çakır içkili vəziyyətdə avtomobil idarə etdiyinə görə, 6 ay müddətinə sürücülük vəsiqəsi əlindən alınıb.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, yol polisinin yoxlamaları zamanı aktrisanın 2,4 promille alkoqollu olduğu ortaya çıxıb.
Bundan başqa, İstanbul Cinayət Məhkəməsində Dəniz Çakır haqqında mühakimə başladılıb. Yeni tənzimləməyə əsasən, 2 illik həbsi tələb olunacaq Çakır verdiyi ifadədə "maşınımla yaxınlıqdakı avto dayanacaqdan çıxdım. 15 metr irəlidəki evimə gedirdim" söyləyib.