Məşhur braziliyalı model Adriana Lima futbol üzrə dünya çempionatında mübarizə aparan ölkəsinə dəstək olub.
Axşam.az xəbər verir ki, milli komandanın köynəyini geyinən model şəhər gəzintisinə çıxıb. Fotokameralara tuş gələn Lima sərbəst davranışları ilə diqqət çəkib.
Qeyd edək ki, futbola böyük maraq göstərən Lima “Vogue” jurnalının dünya çempionatına həsr olunan çəkilişində iştirak etmişdi.