Azərbaycanlı müğənninin yeni avtomobili - fotolar

Azərbaycanlı müğənninin yeni avtomobili - fotolar
7207 dəfə oxunub
  • A-
  • A
  • A+
Əməkdar artist Ədalət Şükürov yeni avtomobil alıb.

Axşam.az-ın məlumatına görə, aparıcı Zaur Kamal müğənninin maşınının fotosunu İnstaqram səhifəsində paylaşıb. Ötən gün "5/5" verilişinə qonaq olan Ə.Şükürov maşını haqqında bunları deyib:
 
"Dünyanın hər yerində ən gözəl maşınlar bizim şəhərdədir. Onlar paytaxtımızı gözəlləşdirir. Gələn il olimpiya oyunları keçiriləcək, turistlər gələcək. Qoy, onlar ölkəmizdə yaxşı maşınlar görsünlər. Buna görə, mən də qəşəng avtomobillər alıram".