Müğənni-bəstəkar Nazim Məmmədovun qızı Fatimənin 1 yaşı tamam olub.
Axşam.az-ın məlumatına görə, bu münasibətlə sənətçi və həyat yoldaşı Gülnar təmtəraqlı məclis keçirib.
Sənət aləminin tanınmış simalarının qatıldığı mərasimdə xoş anlar yaşanıb.
Qeyd edək ki, N.Məmmədov qızının 1 yaşının iyunun 30-da olacağını bildirib:
"Əslində ad günü iyunun 30-dadır. Həmin ərəfədə orucluq olduğu üçün ad gününü indi qeyd etdik".
Foto: Rəşad ABBASOV