Azər Zeynalovun yeni qrupu - fotolar

Azər Zeynalovun yeni qrupu - fotolar
1544 dəfə oxunub
  • A-
  • A
  • A+
"İctimai" telekanalda yayımlanan "Yeni sədalar" verilişinin növbəti buraxılışı maraqlı anlarla yadda qalıb.

Axşam.az-ın məlumatına görə, aparıcılığını Kamran Quliyevin etdiyi verilişin budəfəki qonağı xalq artisti Azər Zeynalov olub. Opera ifaçısı efirə yeni yaratdığı "A klassik" adlı qrupu ilə birgə qatılıb. Beş aydır, fəaliyyətə başlayan qrup maraqlı ifa tərzi ilə seçilir. Müğənni son vaxtlar getdiyi bütün tədbirlərə qrupu ilə qatıldığını bildirib.

Veriliş zamanı tamaşaçılar “Rumba fiesta” qrupunun solistləri Orxan, Məsud və Elşənin ifasında həmişə olduğu kimi, yenə də canlı musiqi dinləyiblər.

Qeyd edək ki, "Yeni sədalar" verilişi hər həftənin çərşənbə axşamı saat 13:45-də, cümə axşamı isə 15:15-də canlı yayımlanır.