Barbadoslu pop ulduz Rihanna dünyanın 28 ölkəsində çap olunan, məşhur “Harper's Bazaar Arabia” jurnalının yeni nəşrinin siması seçilib.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, fotosessiya etdirən müğənni stilistlərin hazırladıqları ən qeyri-adi və orijinal libasları geyinib.
Hər zaman açıq-saçıq geyimlərdə görməyə alışdığımız Rihanna bu dəfə fərqli obraz yaradıb. Bununla yanaşı, o, bütün seksuallığını qoruyub saxlamağı bacarıb.