Musiqi dünyasının məşhur cütlüyü Beyons və həyat yoldaşı Cey Zi konsert turnesinə başlayıb.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, Mayamidə start götürən turne çərçivəsində hazırlanan konsert zamanı onlar möhtəşəm səhnə şouları ilə yadda qalıblar.
Konsert ərzində xeyli sayda geyim dəyişən Beyons cəsarətli libasları və maraqlı rəqsləri ilə tamaşaçıların zövqünü oxşayıb.