"İctimai" telekanalda yayımlanan "Yeni sədalar" verilişinin bugünkü buraxılışı Silahlı Qüvvələr gününə həsr edilib.
Axşam.az-ın məlumatına görə, aparıcılığını Kamran Quliyevin etdiyi verilişin qonaqları xalq artisti Heydər Anatollu, əməkdar artist Zaur Əmiraslanov, müğənni Mehman Vəliyev olub. Veriliş zamanı tamaşaçılar “Rumba fiesta” qrupunun solistləri Orxan, Məsud və Elşənin ifasında həmişə olduğu kimi, yenə də canlı musiqi dinləyiblər.
Qeyd edək ki, "Yeni sədalar" verilişi hər həftənin çərşənbə axşamı saat 13:45-də, cümə axşamı isə 15:15-də canlı yayımlanır.