Ədalətin avtomobiliylə şəkil çəkdirmək modası - fotolar

Ədalətin avtomobiliylə şəkil çəkdirmək modası - fotolar
7875 dəfə oxunub
  • A-
  • A
  • A+
Xəbər verdiyimiz kimi, əməkdar artist Ədalət Şükürov yeni avtomobil alıb.

Axşam.az-ın məlumatına görə, dünən aparıcı Zaur Kamal müğənninin maşınıyla fotosunu sosial şəbəkədə paylaşıb.

Daha bir sənətçi - aktrisa Hüsniyyə Mürvətova da bu gün ifaçının 99-HP-999 nömrə nişanlı avtomobili ilə şəkil çəkdirərək "Facebook" hesabında yayımlayıb.

Xatırladaq ki, Ədalət Şükürov yeni maşını haqqında bunları deyib:

"Dünyanın ən gözəl maşınları bizim şəhərdədir. Onlar paytaxtımızı daha da gözəlləşdirir. Gələn il Bakıda olimpiya oyunları keçiriləcək, turistlər gələcək. Qoy, onlar ölkəmizdə yaxşı maşınlar görsünlər. Buna görə, mən də qəşəng avtomobillər alıram".