Məşhur reper Snup Doqq Azərbaycanın ərazisini Ermənistanınkı kimi təqdim edib.
Axşam.az xəbər verir ki, bu barədə reper sosial media hesabında paylaşım edib.
O, Azərbaycanın Qarabağ bölgəsini "Artsax" adlandıraraq bu sözləri yazıb:
"Əziz erməni xalqı, sizi düşünürəm və Ermənistanda, "Artsax"da və bütün dünyada yaşayan ermənilərə öz sevgimi göndərirəm. Hər kəsə sevgi, sülh və möhkəm olmağı arzulayıram. Sentyabrın 23-də gələcəyəm".
