30 ildən sonra ölkəsini o təmsil edəcək

30 ildən sonra ölkəsini o təmsil edəcək
1001 dəfə oxunub
  • A-
  • A
  • A+

"Avroviziya 2024"ün daha bir iştirakçısının adı bəlli olub. 

Axşam.az xəbər verir ki, Lüksemburqun yarışmaya göndərəcəyi iştirakçının adı açıqlanıb.

Tali ölkəsini müsabiqədə "Fighter" adlı mahnı ilə təmsil edəcək.

Xatırladaq ki, Lüksemburq sonuncu dəfə "Avroviziya"da 1993-cü ildə təmsil olunub.

Qeyd edək ki, bu il yarışma İsveçin Malmö şəhərində keçiriləcək. Birinci və ikinci yarımfinallar 7 və 9 may tarixlərində, final isə 11 may 2024-cü ildə planlaşdırılıb. 

Hazırda ölkəmizi təmsil etmək üçün 6 iştirakçı mübarizə aparır. Onlar Emy Lia (Emiliya Yaqubova), Mila Miles-İlkin Dövlətov-Etibar Əsədli, Aisel (Aysel Məmmədova), Fahree, Qorqud və Səbinə Quluzadədir.