Tailandın immiqrasiya polisinin saxlanma mərkəzində qalan Rusiyanın “Bi-2” qrupunun digər 6 üzvü İsrailə yola düşüb.
Axşam.az xəbər verir ki, bu barədə sənətçilərin əhatəsində olanlar TAAS-a bildiriblər.
Musiqiçiləri Tailanddan İsrailə deportasiya ediliblər.
Qeyd edək ki, ötən gün qrupunun solisti Leva sərbəst buraxıldıqdan sonra Təl-Əvivə yola düşmüşdü. Onların saxlanılmasına səbəb isə yanvarın 25-də Phuketdəki “Illuzion” gecə klubunda iş icazəsi olmadan çıxış etmələri olub. Növbəti gün məhkəmə onların hər birini 95 dollar cərimə və Tailanddan deportasiya etmək qərarına gəlib. Qrupunun 5 üzvünün Rusiyada həbs olunması istənilir.