"Barbi" ilk dəfə "Oskar"a namizəd göstərilməməsindən danışdı

"Barbi" ilk dəfə "Oskar"a namizəd göstərilməməsindən danışdı
374 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, 96-cı “Oskar” mükafatına namizədləri sırasında "Barbi" filmində baş rollardan birini canlandıran aktrisa Marqo Robbi yer almayıb.

Axşam.az-ın məlumatına görə, aktrisa ilk dəfə məsələyə münasibət bildirib. O, özünün və layihənin rejissoru Qreta Qerviqin namizəd göstərilməməsini belə şərh edib:

"Aydındır ki, Qreta rejissor kimi namizəd göstərilməlidir. Çünki onun etdiyi iş həyatında, karyerada bir dəfə baş verən hadisədir. Siyahıda öz adımın olmamasına üzülmürəm. Belə bir xoşbəxtliyə sahib olduğunuzu biləndə kədərlənmək mümkün deyil. Biz mədəniyyəti dəyişdirəcək bir şey etmək istəyirdik. Və bu, artıq baş verib. Təsəvvür edə bildiyimizdən də çox şey. Bu, həqiqətən, verilə biləcək ən böyük mükafatdır. Bir filmin mədəniyyətə bu qədər təsir etdiyini xatırlamıram. Bu fırtınanın mərkəzində olmaq heyrətamizdir".

Qeyd edək ki, filmin baş rol ifaçısı Rayan Qoslinq "Oskar" üzrə "Ən yaxşı ikinci plan aktyoru" nominasiyasına namizəd olub. Film həmçinin, "Ən yaxşı uyğunlaşdırılmış ssenari", "Kostyum dizaynı" və "Ən yaxşı köməkçi aktrisa" daxil olmaqla, bir neçə başqa nominasiya da yer alıb.