Daha 2 ölkə "Avroviziya 2024"ə göndərəcəyi adların kimliyini açıqlayıb.
Axşam.az xəbər verir ki, Norveçi yarışda "Gate" qrupu "Ulveham" adlı mahnı ilə təmsil edəcək.
Bundan başqa, Malta da müsabiqəyə göndərəcəyi adı təqdim edib. Belə ki, Sara Bonnici (Sarah Bonnici) "Loop" mahnısı ilə səhnəyə çıxacaq.
Qeyd edək ki, bu il yarışma İsveçin Malmö şəhərində keçiriləcək. Birinci və ikinci yarımfinallar 7 və 9 may tarixlərində, final isə 11 may 2024-cü ildə planlaşdırılıb.