"Kirli sepeti" serialının heyətində dəyişiklik edilib.
Axşam.az xəbər verir ki, aktyor Serkay Tütüncü və aktrisa Aleyna Özgeçen layihədən ayrılacaq. Onlar ekran işində "Kahraman" və "İlkgül" obrazlarına həyat verirdilər.
Aktrisa Devrim Yakutun isə ayağını sındırdığı üçün ekran işindən ayrılacağı gözlənilsə də o, çəkilişlərə davam etmək qərarı alıb.
Qeyd edək ki, serialın baş rollarını Serkay Tütüncü ilə Ayça Bingöl canlandırır.

