Puqaçovanın qızının Rusiyadakı konsertləri ləğv olundu

Puqaçovanın qızının Rusiyadakı konsertləri ləğv olundu
501 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyanın Xalq artisti Alla Puqaçova və qızı, Rusiyanın Əməkdar artisti Kristina Orbakaytenin Krasnoyarsk və İrkutskdakı konsertləri ləğv olunub.

Axşam.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Konsert təşkilatçıları martın 7-də Beynəlxalq Qadınlar Günü ərəfəsində və 12 fevralda keçirilməsi nəzərdə tutulan konsertlərinin ləğv edildiyini təsdiqləyiblər. 

Ölkənin Mədəniyyət Nazirliyindən bildirilib ki, qrumun konsertlərlə heç bir əlaqəsi yoxdur.

Qeyd edək ki, daha əvvəl K.Orbakayteninin Ulan-Ude və Çitada turları da ləğv edilmişdi.