Acun Ilıcalı əsəbiləşib stulu yerə çırpdı - Video

Acun Ilıcalı əsəbiləşib stulu yerə çırpdı - Video
4156 dəfə oxunub
  • A-
  • A
  • A+

"Survivor All Star" yarışmasında növbəti dəfə gərginlik yaranıb.

Axşam.az xəbər verir ki, proqramın 27-ci bölümünün fraqmanı yayımlanıb. Görüntülərdə verilişin aparıcısı, "TV8"in rəhbəri Acun Ilıcalının yenidən yarışmacılara əsəbiləşdiyi yer alıb. O, "Nə istəyirsiniz?" deyə, qışqıraraq əyləşdiyi stulu yerə çırpıb.

İzləyicilər iş adamının bu hərəkətinə münasibət bildirərək "Acunu çilədən çıxartdınız", "Onu hələ belə görməmişdik", "Acun, nə edirsən?" deyə, reaksiya veriblər. 

Acunun hansı səbəbdən əsəbiləşdiyi isə hələlik bəlli deyil.

Xatırladaq ki, son günlər yarışmacılar arasında gərginlik yaranıb. Onlar bir-birilərinə hücum edərək təhqir ediblər.

Qeyd edək ki, daha əvvəl yarışda qalib gələn komandalardan biri Kolumbiyaya yollanıb. İştirakçı Seda Aktuğlu tanımadığı bir qadının telefonundan atasına mesaj göndərmək istəyib. Mesajı göndərə bilməyən Seda telefon sahibinə qeyd buraxıb. Həmin xanım isə bunu "Məni qaçırıblar" kimi anlayaraq polisə müraciət edib. 

Bundan sonra məsələyə iki ölkənin polisləri müdaxilə etməli olub. Araşdırmalar üçün hava limanında 1 saat gözlədilən komanda daha sonra sərbəst buraxılıb.

Yarışma tarixində ilk dəfə belə bir hadisə ilə qarşılaşdıqlarını deyən Ilıcalı buna əsəbiləşib. O, cəza olaraq Sedanın komandasının qazandığı 5 mükafatı ləğv edib.