“Miss Yaponiya” müsabiqəsinin qalibi olan Ukrayna əsilli Karolin Şiino tituldan imtina etmək məcburiyyətində qalıb.
Axşam.az xəbər verir ki, bu barədə "Kuodo" agentliyi məlumat yayıb.
Qalmaqala səbəb Yaponiyanın həftəlik "Şukan Bunşun" jurnalında dərc olunan məqalələr olub. Belə ki, nəşr qızın evli bir kişi ilə münasibətdə olduğunu bildiriblər.
26 yaşlı Şiino haqqında çıxan iddiaları təsdiqləyərək 46 yaşlı evli olan Takuma Maeda ilə sevgili olduğunu deyib. O, əlavə edib ki, həmin şəxsin həyat yoldaşı olduğunu öyrəndikdən sonra ondan ayrılıb.
Takuma isə sosial media hesabında paylaşım edərək üzr istəyib və Şiino ilə görüşməyəcəyini yazıb. Model isə müsabiqənin təşkilatçılarına müraciət edərək titulunun ondan alınmasını istəyib. Təşkilatçılar onun bu istəyini yerinə yetiriblər.
Ancaq mətbuatda onların yenidən görüşməyə davam etməsi barədə məlumatlar dərc olunub.
Qeyd edək ki, Takuma ötən il Yaponiyada sözügedən müsabiqənin hakimlərdən biri olub.