Rusiyadakı daha bir konsert ləğv olundu

Rusiyadakı daha bir konsert ləğv olundu
425 dəfə oxunub
  • A-
  • A
  • A+

"Slot" metal qrupu Rusiyadakı üç konsertini ləğv edib.

Axşam.az xəbər verir ki, bu barədə qrup məlumat yayıb. Bildirilib ki, ifaçının fevralın 15-də Tambovda, fevralın 17-də Penzada, 18-də Tolyattidəki konsertləri ləğv olunub.

"Konsertlər məkanların, qrupun, təşkilatçının əlində olmayan səbəblərə görə ləğv edilir" deyə, açıqlamada yazılıb. ​

Qeyd edək ki, bundan əvvəl Rusiyanın Xalq artisti Alla Puqaçovanın qızı Kristina Orbakaytenin 3, Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Coninin (Cahid Hüseynli) 2, Feduk kimi tanınan müğənni Fyodor Andreeviçin isə 1 konserti ləğv olunub.