Azərbaycanda da sevilərək izlənilən “Kurdlar vadisi” serialı ilə bağlı yeni iddialar ortaya çıxıb.
Axşam.az xəbər verir ki, Türkiyə mətbuatında yayılan məlumatlara görə, ekran işi bu il "Kurtlar vadisi kaos" adı ilə Acun Ilıcalının "Exxen" platformasında yayımlanacaq.
Serialda baş rolu canlandıran Necati Şaşmazla yanaşı, Erhan Ufak, Sərdar Akkaya, Erkan Sevər, Hakan Boyav və Ayşəgül Çinarın da çəkiləcəyi bildirilir.
Qeyd edək ki, bir neçə ay əvvəl N.Şaşmaz hazırlıq gördüklərini, yanvarda serialın çəkilişlərinə başlayacaqlarını açıqlamışdı.