Morqenştern ləqəbi ilə tanınan rusiyalı reper Əlişer Tahiroviç ötən ilin oktyabrında ayrıldığı ukraynalı tiktokçu sevgilisi Liza Vasilenko ilə barışııb.
Axşam.az xəbər verir ki, ifaçı bu barədə sosial şəbəkədə bildirib.
O, birlikdə fotolarını paylaşaraq "Həyatımı filmə çevirdiyin üçün təşəkkür edirəm" sözlərini yazıb.
Qeyd edək ki, yanvarda cütlüyün barışması haqda xəbərlər yayılmışdı.
